“Bakı”nın çempionatda iştirakı dəqiqləşdi

 “Bakı”nın çempionatda iştirakı dəqiqləşdi
ÖLKƏ FUTBOLU 15 Avqust 2014 / 18:18 3109
-  A +

“Bakı” klubunun bu mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacağı dəqiqləşib.

Bu barədə Qol.Az saytına klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

"Bakı" klubu bu gün Premyer Liqada iştirak etmək üçün lazım olan sənədləri PFL-ə təqdim edib. Y.Seyidovun sözlərinə görə, beləliklə, komandanın cari çempionatda iştirakı üçün heç bir problem qalmayıb.

Qeyd edək ki, "Bakı" tələb olunan müvafiq sənədləri PFL-ə vaxtında çatdırmadığı üçün Azərbaycan Premyer Liqasının ilk turunda "Simurq"la qarşılaşma təxirə salınıb.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda