Azərbaycan Premyer Liqasında hakimlərə hakim-inspektorlar tərəfindən verilən qiymətlər, böyük ehtimalla bu mövsümdə də açıqlanmayacaq.
Məlumdur ki, UEFA-nın tövsiyəsinə uyğun olaraq, yerli futbol federasiyasının Hakimlər Komitəsi qiymətləri açıqlaya da bilər, açıqlamaya da. Yəni bu məsələ komitə qarşısında birbaşa tələb kimi qoyulmayıb. Və düzü, görünür, bir neçə il əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu da sevindirən elə bu olub.
Düzdür, əvvəllər matçları idarə edən hakimlərə verilən qiymətlər açıqlanırdı, bundan sonra isə media bu məsələni ciddi şəkildə müzakirə edirdi. Təbii, müzakirələrin mütləq əksəriyyəti X.Məmmədovun və onun hakimlərinin əleyhinə olurdu, bu səbəbdən Hakimlər Komitəsi PFL-lə razılaşdırılmaqla qiymətlərin rəsmi qaydada ictimaiyyətə açıqlanmaması ilə bağlı qərar verdi.
Təbii, qərarın cəmiyyətdən gizlədilməsi Azərbaycan hakimliyinin bərbad səviyyəsini aradan qaldırmadı. Hamıya bəllidir ki, bizdəki hakim hoqqalarını hətta kosmosdan da görmək mümkün olub. Səhvləri görmək üçün təbii ki, futbol qurumlarından tam asılı vəziyyətdə olan hakim-inspektorların qiymətini gözləməyə gərək də yoxdur.
Hakimlərin daxildə və xarici ölkələrdə təlim-məşq toplanışı keçmələri üçün bu qədər pullar xərclənib, amma ciddi irəliləyiş yoxdur. Son illər ərzində AFFA Hakimlər Komitəsinin sədri tez-tez Əlyar Ağayev və Rəhim Həsənov kimi gənclərə yetişdirməkləri ilə öyünür. Amma xüsusilə gənc Əlyar Ağayevin uğurlarının Xaqani Məmmədovla bağlılığı yoxdur. Əlyar Ağayev yüksək idarəçiliyi, rüşvətə yaxın durmaması sayəsində təmiz ad qazanıb. Amma bir Əlyar Ağayevlə iş bitmir. Necə ki, Xaqani Məmmədov Əlyarın öz əməyi sayəsində qazandığı uğurları həm də öz adına çıxır, zəhmət çəkib, bir o qədər də digər hakimlərin çirkabdan çıxarmaqla məşğul olsun.
Təbii ki, hakim-inspektorların hakimlərə verilən qiymətinin gizlədilməsi ilə X.Məmmədov özünü gözlənilən tənqidlərindən qoruyur. Amma onun açıqlanması da ciddi olaraq, nəyisə dəyişməyəcək: biabırçı, ən başlıcası da nəticəyə təsir edən səhvlər yenə təkrarlanacaq.
Çünki hakimlik bərbad durumdadır. Keçmiş FİFA referisi Rüstəm Rəhimovun dediyi kimi: sıfır səviyyəsində. Yəni bataqlıqda. Kimisə bataqlıqdan isə hansısa hakimə verilən qiymətin açıqlaması çıxarmır. Görülən normal iş çıxarır.
Hakimlər Komitəsi rəhbərliyində altı il əvvəl dəyişiklik olub. Amma hələ də ümumən, bizdə normal hakimlik formalaşmayıb və onun qiyməti də ən aşağı həddədir.
ELGÜN
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi