Millimiz FİFA reytinqində mövqeyini qorudu

Millimiz FİFA reytinqində mövqeyini qorudu
ÖLKƏ FUTBOLU 14 Avqust 2014 / 13:06 3580
-  A +

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb.

Berti Foqtsun komandası 413 xalla 73-cü pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. "Skuadro Adzuro" 1069 xalla 14-cü sıradakı mövqeyini qoruyub.
 
Digər rəqiblərimizdən Xorvatiya bir pillə irəliyərək 16-cı olub. Norveç (0) 53-cü, Bolqarıstan (0) 72-ci və Malta isə (0) 150-ci pillədə qərarlaşıb.

Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Hollandiya isə üçüncü olub.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu