"İnter" klubunun kapitanı Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəlməklə Azərbaycan Premyer Liqasında yeni mövsümə inamlı başladınız. İddialı rəqibinizə bu hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Yeni mövsümün ilk oyunu idi. "Qəbələ" haqda çox məlumatlı deyildik. Avroliqadakı oyunlarını izləmişdik. Rəqibi yaxşı analiz edə bilməsək də, çox ciddi hazırlaşmışdıq. Buna görə də layiqli qələbə qazandıq. Doğma meydanda oynadığımızdan qələbəyə inanırdıq.
- Əvvəlki illərdən fərqli olaraq bu mövsüm çempionata uğurlu start verdiniz.
- Bəli, baş məşqçimiz də oyundan əvvəl bizimlə söhbət etdi. Bildirdi ki, keçənilki səhvləri təkrarlamayaq. Ötən mövsüm çempionatın ilk turlarında xeyli xallar itirdik. Bu dəfə isə mövsümə hazırlıqlı başladıq. Yəni oyun təcrübəmiz var idi. Avroliqada dörd görüşümüz oldu. Hamısını da yüksək səviyyədə keçirdik. Ona görə də ilk turun oyunu bizim üçün çətin olmadı. Artıq komandaya yeni qoşulan futbolçular da adaptasiya dövrünü keçiblər. Ancaq "Qəbələ"ni 4:0 hesabı ilə məğlub etməyimiz bizi arxayınlaşdırmamalıdır. Mövsümə belə qələbə ilə başlamağımız bir tərəfdən yaxşdırsa, bir tərəfdən də təhlükəlidir. Yəni futbolçularda arxayınlaşma ola bilər. Ancaq inanıram ki, komandamızın hər bir üzvü peşəkarlıq göstərəcək və qarşıdakı turlarda da uğurlu nəticə qazanacağıq.
- Qazanılan bu qələbə mövsümə tam hazır olmağınızdan xəbər verir, yoxsa çatışmazlıqlar da var?
- Şükürlər olsun ki, komandada hər şey qaydasındadır. Mövcud çatışmazlıqları məşqçilər özləri görür.
- "Qəbələ" ilə oyunda rəqibiniz heç nə ilə yadda qalmadı. Qələbənizdə bunun böyük rolu oldu.
- Deməzdim ki, "Qəbələ" çox da pis oynadı. Futbolda bəzən oyunun alınmır. Əsas odur ki, həmin gün biz daha güclü idik.
- Premyer Liqamızın növbəti turunda sizin üçün ən çətin rəqiblərdən olan "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?
- "Qarabağ" bizim üçün həmişə problem olub. Neçə illərdir ki, "Qarabağ"a qalib gələ bilmirik. Bu sindromu qırmaq istəyirik. Azərbaycanın ən yaxşı klublarından biri "Qarabağ"dır. Ona görə də oyuna çox ciddi hazırlaşırıq. Yəqin ki, yaxşı nəticə qazanarıq.
- Ötən mövsüm komandanız "Qarabağ"la bacarmadı. Həmin vaxt "İnter"in heyətində oyunçu çatışmazlığı var idi. Bu mövsüm necə, komandanız güclənə bilib?
- Bunu oyun göstərəcək. Keçən mövsüm də heyətimiz pis deyildi. Bildiyiniz kimi, sonuncu pillələrdən ikinci yerə qalxdıq. Mövsüm ərzində ən çox qol vuran komandalardan biri olduq. Bu mövsüm necə oynayacağımızı indidən deyə bilmərik. Bir qələbədən sonra demək olmaz ki, hər şey yüksək səviyyədədir.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi