"Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının ilk turunda "Sumqayıt"la oyunda 3:0 hesabı ilə qalib gəlsəniz də, əvəzetmə zamanı legioner limitini pozduğu üçün komandanıza bu gün texniki məğlubiyyət verildi. AFFA-nın bu qərarını necə qarşıladınız?
- Normal. Azərbaycan Premyer Liqasının əsasnaməsində belə yazılıbsa, biz heç nə deyə bilmərik. Sadəcə, gərək bir az diqqəti olaydıq. Hamımız bu səhvi unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq ki, itirdiyimiz üç xalı sığortalayaq.
- Məhz sənin əvəzinə Riçard Almeydanın meydana daxil olması ilə legioner limiti pozuldu. Əvəzlənən zaman nəyinsə düzgün olmadığını hiss etdin?
- Düzü, oyun zamanı mənə elə gəlirdi ki, stadionda yerli futbolçu çoxdur. Çünki 3-4 legioner ehtiyatda idi. Bizi də elə bu çaşdırdı. Almeyda meydana çıxandan sonra hamımız hiss etdik ki, səhv etmişik. Ancaq artıq gec idi. Burada kimisə günahlandırmaq düzgün deyil. Qismət belə imiş.
- Layiqli qələbə qazansanız da, xalsız qaldınız. Bu, sizi həvəsdən salmadı ki?
- Düzdür, bir qədər işimizi çətinləşdirdik. Bəzi komandalardan üç xalı geri düşdük. Amma qətiyyən həvəsdən düşmürük. Hələ çempionatın ilk oyununu keçirmişik. Qarşıda uzun marafon var. Onsuz da "Qarabağ" hər oyuna qələbə əzmi ilə çıxır. Növbəti oyunda qalib gəlməklə baş verənləri unutdurmalıyıq.
- Növbəti rəqibiniz "İnter"dir...
- Həmişə demişik ki, "İnter"in güclü baş məşqçisi var, ağıllı oyun taktikaları ilə çıxış edirlər. Daim medallar uğrunda oynayırlarsa, deməli, hörmət olunmalı komandadır. "İnter" son dövrlərdə öz oyunu ilə sözünü deyir. Bu rəqibimiz haqda nəsə deməyə ehtiyac yoxdur. Komandamızda müəyyən itkilər var. Baş məşqçimiz lazımi qərarları verəcək. Heyətimizi bir qədər də genişləndirmişik. Yeni oyunçular da bizə kömək edə bilərlər. Biz heç vaxt Avroliqaya görə çempionat oyununa laqeyd yanaşmamışıq. İlk növbədə "İnter"lə oyunu düşünürük. Ondan sonra Avroliqa oyunu haqda fikirləşmək olar.
- Avroliqanın "pley off" mərhələsində sizə yaxşı tanış olan "Tvente" ilə qarşılaşacaqsınız. Rəqibiniz haqda nə deyə bilərsən?
- Bəziləri bizə çətin komanda düşdüyünü deyir. Amma unutmayaq ki, Avropada asan rəqib yoxdur. "Tvente" haqda onu deyə bilərəm ki, adlı-sanlı komandadır. Hər halda Hollandiya çempionatında yüksək yerlər uğrunda mübarizə aparır.
- 2009-cu ildə də məhz Avroliqanın "pley-off" mərhələsində "Tvente" ilə qarşılaşdınız, mərhələni keçən tərəf isə Hollandiya klubu oldu. O dövrdə "Tvente" "Qarabağ"dan güclü idi. Bəs indi komandaları necə müqayisə etmək olar?
- Əslində o vaxt da "Tvente" səddini keçə bilərdik. Ancaq heyətimizdə zədəli futbolçular çox olduğundan çətinlik çəkdik. O dövrdə çempion "Tvente" ilə oynayırdıq, indi isə rəqibimiz mövsümü 4-cü pillədə başa vurub. Hər halda əvvəlki illərdə "Tvente" daha güclü idi. Heyətində təcrübəli, ulduz futbolçular var idi.
- "Qarabağ"ın isə o dövrlə müqayisədə xeyli artırdığını nəzərə alsaq, komandanızı daha şanslı hesab etmək olar?
- Bəli, komandamız demək olar ki, tam koplektləşib, "Tvente"yə qarşı oynamış futbolçularımız indi daha təcrübəlidir. Ancaq həmişə danışmaq daha rahat olur. Doqquz gündən sonra çox şeyə aydınlıq gələcək.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi