"Partizan" - "Neftçi" matçının biletləri satışda

"Partizan" - "Neftçi" matçının biletləri satışda
ÖLKƏ FUTBOLU 12 Avqust 2014 / 14:42 3095
-  A +

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Partizan" - "Neftçi" matçının biletləri bu gündən satışa çıxarılıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq biletlərin qiymətləri də müəyyənləşib.

Cənub/şimal sektorları üzrə biletlər 400 dinar (3,5 manat), şərq/qərb sektorlarının kənar tribunları üzrə biletlər 800 dinar (7 manat) və şəqr/qərb sektorlarının mərkəzi tribunaları üzrə biletlərin qiyməti isə min dinardır (9 manat). VİP sektorlarına biletlərin qiyməti 3 min dinar (27 manat) olaraq göstərilir.   

Qeyd edək ki, avqustun 21-də Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda