Nikolas Kanales yenidən Bakıda

Nikolas Kanales yenidən Bakıda
ÖLKƏ FUTBOLU 12 Avqust 2014 / 13:58 6839
-  A +

"Neftçi" klubunun sabiq hücumçusu Nikolas Kanales artıq Bakıdadır. Çilili futbolçu "Neftçi" ilə müqavilə imzalamaq üçün ölkəmizə gəlib.

Bu barədə Qol.Az saytına "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. 

Klub rəsmisi bildirib ki, bugünlərdə Kanaleslə müqavilə imzalanacaq: "Kanales ona gələn bütün təklifləri rədd edib və öz istəyi ilə "Neftçi"yə qayıdıb. Onunla müqavilə imzalanacaq. Ancaq münasibətlər rəsmiləşməyənədək  deyə bilmərik ki, o, bizim futbolçumuzdur".

Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü il mövsümündə “Neftçi”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında 31 oyuna 26 qolla bombardir olub.   

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda