Hafiz Məmmədov: "Bakı" çempionatda oynayacaq, yanvarda daha da güclənəcək"

Hafiz Məmmədov: "Bakı" çempionatda oynayacaq, yanvarda daha da güclənəcək"
ÖLKƏ FUTBOLU 12 Avqust 2014 / 11:43 3875
-  A +

"Bakı"nın prezidenti Hafiz Məmmədov gecə saatlarında klubdaxili  toplantı keçirib.

Bu barədə Qol.Az saytına klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

H.Məmmədov "Bakı"nın Azərbaycan Premyer Liqasında iştirak edəcəyini, hazırkı heyətlə davam edib, yanvar ayında isə daha da güclənəcəyini bildirib. O, bu vaxta qədər komandanın düşərgəsində qalan hər bir futbolçuya təşəkkürünü bildirib, futbolçulara olan bütün borcların qarşıdakı bir həftə ərzində ödəniləcəyini deyib.

Y.Seyidov əlavə edib ki, yay transfer pəncərəsinin bağlanmasına qədər "Bakı" yeni futbolçularla güclənə bilər: "Əgər transferlərimiz alınmasa belə, heyətimizdə olan gənc futbolçulara güvənməliyik. Futbol ictimaiyyətində belə bir fikir yarana bilər ki, "Bakı" gənc  futbolçularla iddialı olmayacq. Ancaq qeyd etməliyəm ki, bizim gənc oyunçularımızın hər biri öz yaş qruplarında Azərbaycan çempionudur. "Bakı" bu mövsüm də qarşısına çempionluq və kuboku qazanmağı məqsədi qoyub".   

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda