Azərbaycan superkubok oyunu təxirə salındı

Azərbaycan superkubok oyunu təxirə salındı
ÖLKƏ FUTBOLU 11 Avqust 2014 / 13:28 4307
-  A +

Futbol üzrə Azərbaycan superkubok oyunu təxirə salınıb.

Bu barədə Qol.Az saytına  PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Onun sözlərinə görə, avqustun 13-də "Qarabağ" və "Neftçi" arasında Qəbələdə  keçirilməsi nəzərdə tutulan oyun klubların qarşılıqlı razılığı əsasında başqa günə keçirilib. Avropa Liqasında çıxışları ilə əlaqədar olaraq "Qarabağ” və "Neftçi" PFL-ə müraciət edərək görüşün başqa tarixdə keçirilməsini istəyib. 

Qeyd edək ki, hələlik qarşılaşmanın hansı tarixdə baş tutacağı dəqiqləşdirilməyib.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq