Berti Foqtsun rəhbərliyi altında Azərbaycan milli komandası yeddinci rəsmi oyunda ilk qolunu vurdu və altıncı məğlubiyyətini aldı. İlk qolu vurmağımıza nə qədər çox sevinsək də, məğlubiyyətə ondan az üzüldük. Səbəbi sadədir: çünki uduzmağa öyrəşmişik.
Halbuki bu dəfə hakimin final fiti səsləndikdən sonra fərqli hissələr yaşayacağımızı ümid edirdik. Ən azı oyunun Lənkərana keçirilməsi, oradakı möhtəşəm ab-hava, matçın finlər üçün elə də böyük əhəmiyyət daşımaması belə düşünməyə əsas verirdi. Ədalət naminə deyək ki, Foqts millidə işlədiyi dövr ərzində bəlkə də ən güclü, ən düzgün heyəti buraxmışdı meydana. Levini çıxmaq şərtiylə ilk “11-lik”də əcnəbi yox idi. O gün həqiqətən də gələcəyin komandası oynayırdı. Hər şey də yaxşı gedirdi. Lakin... sonrasını hamı görüb və bilir.
Məğlubiyyətin əsas günahkarı Foqtsdur. Bu fikir nə qədər şablon səslənsə də, yenə də yazılmalıdır. Oyunun qırılma nöqtəsi Daniel Axtyamovun meydana daxil olduğu an idi.
Foqts oyunu nomral səviyyədə keçirən, həm birinci, həm də ikinci hissədə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradan, başqa sözlə, finlandiyalı müdafiəçiləri narahat edən Vüqar Nadirovu ciddi bir səbəb olmadan əvəzlədi. Halbuki Nadirovun oynamağa hələ gücü çatırdı. Bundan başqa, hesab 1:0 bizim xeyrimizəykən bu nəticəni qorumaq üçün meydana hucumçudansa müdafiəçinin buraxılması daha yaxşı olardı. Arxa xətt oyunçusu Ernani Pereyra həm də fiziki göstəricilərinə görə finlərlə mübarizə aparmağa qadir idi. Amma Foqts 1:0-ı qorumağı deyil, növbəti qolları vurmaq haqda düşünürdü...
Ümumiyyətlə, lazımi idman formasında olmayan, millidə oynadığı dövrdə komandamıza zərrə qədər xeyri dəyməyən Axtyamovun hələ də komandaya cavabdeh olan şəxslər tərəfindən bu dərəcədə əzizlənməsi qaranlıq qalır. Axtyamov meydanda olduğu müddətdə qapıya bir dəfə də olsun dəqiq zərbə vura bilmədi. Bu yenilik deyil, hər oyunda eyni hala tamaşa edirik. Amma Foqts Axtyamovdan əl çəkmir ki, çəkmir. Danışanda da deyir ki, məşqlərdə özünü yaxşı tərəfdən göstərir, çox çalışır. Görəsən, alman mütəxəssis doğrudan başa düşmür ki, camaata məşqlərdə şou göstərmək yox, oyunda qol vurmaq, qələbə qazanmaq lazımdır? Nə qədər gənc və təcrübəsi nə qədər az olsa da, hər halda Bəxtiyar Soltanov, Fərid Quliyev, Ruhid Usubov Axtyamovdan qat-qat üstündürlər və komandaya daha çox xeyir verə bilərlər! Amma bu gün millinin baş məşqçisi Bəxtiyarı əsas millidən U-21-ə göndərir.
Axtyamovun Berti Foqtsun sevimlisinə çevrilməsi də səbəbsiz deyil. Əldə etdiyimiz məlumata görə, bu futbolçu yaxşı maliyyə imkanları olan bir iş adamının yaxın qohumudur və onun xahişiylə hər dəfə milliyə dəvət alır.
Bəli, görünən budur ki, milli getdikcə müəyyən adamların şəxsi komandasına çevrilir. Ona görə də istədiklərini edirlər. Bir futbolçu kimi Azərbaycan komandasına HEÇ NƏ verməyən Axtyamovun timsalında biz bunun şahidi oluruq…
İbrahim CƏFƏROV
[email protected]
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər