"Atletiko"nun daha bir futbolçusu rəsmən "Çelsi"də

"Atletiko"nun daha bir futbolçusu rəsmən "Çelsi"də
DÜNYA FUTBOLU 16 İyul 2014 / 17:00 4923
-  A +

İngiltərənin "Çelsi" klubu Madrid "Atletiko"sunun daha bir futbolçusunu rəsmən transfer edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi Dieqo Kostanın ardından Felipe Luisi də heyətinə qatıb.

Bu transfer "Atletiko"ya 25 milyon funt-sterlinq qazandırıb. Lakin 28 yaşlı müdafiəçi ilə neçə illik müqavilə imzalanması haqda məlumat verilməyib.

Qeyd edək ki, 2010-cu ildə "Deportivo"dan transfer edilən braziliyalı futbolçu meydana çıxdığı 127 oyunda cəmi iki qol vurub.


Son xəbərlər