Kroyf Suares transferini tənqid etdi

Kroyf Suares transferini tənqid etdi
DÜNYA FUTBOLU 16 İyul 2014 / 10:54 3849
-  A +

Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyf bir vaxtlar baş məşqçisi olduğu "Barselona"nın Luis Suaresi transfer etməsini tənqid edib.

Qol.Az-ın "De Telegraaf"a istinadən yaydığı xəbərə görə, o deyib ki, Kataloniya klubunun Lionel Messi və Neymar kimi hücumçuları olduğu halda Suareslə müqaviləsi imzalaması düzgün deyil:

"Suares möhtəşəm futbolçudur. Ancaq Messi, Neymar və Suaresin olduğu komandanın necə futbol oynayacağını səbirsizliklə gözləyirəm. Üçü də fərdi bacarıqları ilə seçilən futbolçudur. Komanda futbolu oynayan "Barsa" artıq bu cür hücumçulardan asılı kimi görünməyə başlayır".


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır