Toni Kroos: "Yeni mövsümdən "Real"da oynayacam"

Toni Kroos: "Yeni mövsümdən "Real"da oynayacam"
DÜNYA FUTBOLU 14 İyul 2014 / 13:00 4444
-  A +

Almaniya millisi ilə dünya kubokunu qazanan Toni Kroos yeni mövsümdən "Real" (Madrid) klubunun şərəfini qoruyacaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə futbolçunun özü Argentinaya qalib gəldikləri oyundan (1:0) sonra deyib:

"Artıq ikinci arzumu gerçəkləşdirmək vaxtıdır. Yeni mövsümdən "Real"da oynayacam".

Qeyd edək ki, bu transfer üçün Madrid klubunun Kroosun müqavilə ilə məxsus olduğu "Bavariya"ya 25 milyon avro təzminat ödəyəcəyi gözlənilir.

 


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır