Ceyms Rodriqez: "Real"a gözübağlı keçərəm"

Ceyms Rodriqez: "Real"a gözübağlı keçərəm"
DÜNYA FUTBOLU 12 İyul 2014 / 15:56 4196
-  A +

Kolumbiya millisinin yarımmüdafiəçisi Ceyms Rodriqez Avropada oynamaq istədiyi klubun adını açıqlayıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, 23 yaşlı futbolçu "Real" (Madrid) klubuna gözübağlı keçəcəyini bildirib:

"Real"a gözübağlı keçərəm. Digər klublara hörmətlə yanaşıram, ancaq mənim üçün "Real" "Real"dır. Həyatımboyu Madrid klubunda oynamağı arzulamışam. Bu komandanı hələ Zidan və Ronaldonun vaxtlarında sevirdim. Kriştiano Ronaldo, Qaret Beyl və Kərim Benzema ilə birgə oynamaq xəyalımdır". 

Qeyd edək ki, Kolumbiya millisi "DÇ-2014"ün 1/4 finalında mübarizəni dayandırsa da, Rodqiqez 5 oyunda vurduğu 6 qolla mundialın bombardirlər siyahısına başçılıq edir.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq