Di Mariya "Mançester Yunayted"lə razılığa gəldi

Di Mariya "Mançester Yunayted"lə razılığa gəldi
DÜNYA FUTBOLU 11 İyul 2014 / 20:56 5340
-  A +

"Real"ın futbolçusu Anxel di Mariya "Mançester Yunayted"lə razılığa gəlib.

Qol.Az-ın xəbərinə görə, bu barədə "Marca" qəzeti məlumat yayıb. Argentinalı yarımmüdafiəçinin "MY" ilə həftəlik 150 min funt sterlinq qazanacağı müqavilə imzalayacağı iddia edilib. Qəzət İngiltərə klubunun bu transfer üçün "Real"a 30 milyon funt sterlinq ödəyəcəyini yazıb.

Di Mariyanın yaxın günlərdə "MY" ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, di Mariya 2010-ci ildən Madrid klubunun şərəfini qoruyur.


Son xəbərlər