Bu gün "Liverpul"dan "Barselona"ya transfer olunan Luis Suares, gözlənildiyi kimi, bir müddət komandasına kömək edə bilməyəcək.
Qol.Az-ın yaydığı xəbərə görə, bu, Uruqvay millisinin hücumçusu İtaliya ilə matçda rəqib komandanın müdafiəçisi Corcio Kyellini dişlədiyi üçün FİFA ona ağır cəza tətbiq etməsi ilə əlaqədardır.
Bu cəzaya əsasən, L.Suares “Barselona”nın yeni mövsümdəki 13 rəsmi oyununda meydana çıxa bilməyəcək. Bu, Kataloniya klubunun La Liqadakı 10, Çempion Liqasında isə 3 oyuna aid ediləcək.
Goal.com saytı bildirib ki, dörd aylığına futboldan kənarlaşdırılan Suares bu müddətdə çıxış etdiyi klubda da məşq edə bilməz. Bu isə o deməkdir ki, uruqvaylı oyunçu “Barselona”nın məşqinə qatıla bilməyəcək.
Suaresin millidə doqquz qarşılaşmanı buraxacağı da məlumdur. Bu isə onun "Barselona"da oynamayacağı oyunlardan daha azdır. Hadisənin milli komandada baş verdiyini nəzərə alan xarici jurnalistlər FİFA-nın qərarını ədalətsiz hesab edir.
Suaresə verilən cəza bunlarla bitmir. FİFA-nın qərarına əsasən, cəzası qüvvədə olduğu müddətdə Suares bütün matçları ancaq televiziyadan izləyəcək. FİFA-nın uruqvaylı oyunçuya stadiona girməyi qadağan etdiyi də bildirilir.
FİFA futbolçunun "Barselona"nın yeni mövsüm üçün posterində yer almasına icazə vermir. Əgər "Barselona" Suaresin komandanın şəkillərində olmasını istəyirsə, o zaman çəkilişləri stadiondan kənarda aparmalıdır.
Bundan başqa, Suares “Barselona”nın forması təqdimetmə mərasimlərinə qatıla bilməz.
FİFA-nın Sauresə verdiyi ən ilginc cəzalardan biri də onun futbolla bağlı xeyriyyə tədbirlərində iştirakına qadağan qoyulmasıdır. Tez-tez bu cür tədbirlər təşkil edən "Barselona" həmin tədbirdə də cəzanın qüvvədə olduğu müdətdə Suaresdən yararlana bilməyəcək.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı