Mario Mandzukiç rəsmən "Atletiko"da (FOTO)

Mario Mandzukiç rəsmən "Atletiko"da (FOTO)
DÜNYA FUTBOLU 10 İyul 2014 / 18:25 3913
-  A +

"Bavariya"dan ayrılan Mario Mandzukiç yeni mövsümdən karyerasını "Atletiko" (Madrid) klubunda davam etdirəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün tibbi müayinədən keçən 28 yaşlı futbolçu Madrid təmsilçisi ilə 2019-cu ilə qədər müqavilə imzalayıb.

Bu transferin "Atletiko"ya 22 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm Almaniya bundesliqasında 30 oyuna çıxan xorvatiyalı futbolçu 18 dəfə rəqib qapılarına yol tapıb.



Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq