Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Finlandiya millisinin baş məşqçisi Stüart Bakster bu gün Lənkəran stadionunda oyunqabağı mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis ilk olaraq, qarşıdakı oyun haqda danışıb:
- Oyun çox çətin keçəcək. Sabah fərqli oyun stilinə üstünlük verən komandaların qarşılaşmasına tamaşa edəcəyik. Evdə oynayan komanda daim bir qədər üstünlüyə yiyələnir. Amma sabahkı oyunda biz meydana yalnız qələbə üçün çıxacağıq. Eyni sözləri Azərbaycan millisi haqda da deyə bilərəm.
- İki il əvvəl millimizin Finlandiyanı məğlub etdiyi oyuna baxmısınız?
- Əlbəttə, həmin oyunu izləmişəm. Amma indi həm komandalar, həm futbolçular, həm də stadion fərqlidir. Amma təbii ki, oxşarlıqlar da var.
- Hansı oxşarlıqlar var?
- Səfər, adaptasiya baxımından oxşarlıq var. Yenə də eyni məsafəni qət etməli olmuşuq.
- Azərbaycan milli komandasının hansı üstün cəhətlərini qeyd edə bilərsiniz?
- Azərbaycan komandası çox çalışqandır. Çox qaçır, meydanda çox çalışır. Amma çox çalışmaq heç də həmişə uğurlu nəticə qazanmağa imkan vermir.
- Ilk oyunda Azərbaycan millisi daha çox müdafiəyə diqqət ayırırdı. Nəticədə minimal hesabla qələbə qazandınız. Amma sabahkı oyunda Azərbaycan millisi hücuma daha çox meyl edəcək. Bu sizin üçün üstünlük hesab olunacaq?
- Helsinkidəki oyunda biz hücum edərkən, qarşımızı rəqibin çox oyunçusu kəsirdi. Amma sabahkı oyunda biz əsasən müdafiəyə diqqət ayırıb, əks-hücuma bel bağlayacağıq.
- Bu o deməkdir ki, siz rəqibdən çəkinirsiniz?
- Çəkinmirik, sadəcə hörmət edirik.
- Heç-heçə sizin üçün faciə olacaq?
- Fikrimcə, heç-heçə bizim üçün yaxşı nəticə olmayacaq. Çünki hər iki komanda qələbə haqda düşünür.
- Bəs, məğlubiyyət haqda necə, düşünürsünüz?
- Biz həmişə oyundan qabaq qələbə haqda düşünürük. Amma məğlubiyyət də futbolun ayrılmaz bir hissəsidir. Sabahkı oyunda istənilən nəticə qeydə alına bilər.
- Bilirsiniz ki, Azərbaycanın ən çılğın fanatları Lənkərandadırlar?
- Bu mənim üçün çətin olmayacaq. Çünki bir dəfə Konqoya qarşı səfərdə oynamışam. Həmin matçda 30 min azarkeş eyni ağızdan “biz səni öldürəcəyik” deyirdi. Ona görə də mən belə şeylərə öyrəşmişəm. Futbolçularımın da çoxu təcrübəlidirlər. Çempionlar Liqasında kifayət qədər oyun təcrübəsinə malikdirlər. Ona görə də azarkeşlər bizim üçün problem yaratmayacaqlar.
- Artıq iki saatdır Lənkərandanısınız. Şəhər haqda nə deyə bilərsiniz?
- Bizi aeroprtda yaxşı qarşıladılar. Çox mehriban davranırlar. Amma sabah şəhər haqda daha geniş danışa bilərəm. Çünki sabah gəzintiyə çıxacağıq.
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər