Messinin heykəli barbarların hücumuna məruz qaldı

Messinin heykəli barbarların hücumuna məruz qaldı
DÜNYA FUTBOLU 6 İyul 2014 / 12:55 3530
-  A +

Argentina millisinin kapitanı Lionel Messinin şərəfinə Buenos-Ayres şəhərində ucaldılan heykələ zərər vurulub. Qol.Az-ın “Univision”a istinadən yaydığı xəbərə görə, naməlum barbarlar futbolçunun heykəldə həkk olunan iki barmağını qopararaq özləri ilə aparıblar.

Qeyd edək ki, Messinin heykəli DÇ-2014 ərəfəsində Argentina futbolunun daha iki canlı əfsanəsi – Dieqo Maradona və Qabriel Batistutanın heykəllərinin yaxınlığında ucaldılıb.

Heykələ zərər vurulduqdan sonra orada təmir işləri başlanıb.




Son xəbərlər