Dörd ay futbol oynaması qadağan edilən Luis Suaresə FİFA-ya üzv olmayan Kosovanın "Hayvaliya" klubundan ilginc təklif göndərilib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Kosova kubokunun qalibi olan "Hayvaliya"nın baş məşqçisi Xhovit Pocol uruqvaylı hücumçunu öz komandasında oynamağa dəvət edib.
O bildirib ki, tez bir zamanda Suaresin müqavilə ilə məxsus olduğu "Liverpul"a təklif göndərəcəklər:
"Kosova hələ də FİFA-ya üzv deyil. Suares dörd ay futboldan uzaq qalmaq istəmirsə, bizim klubda oynaya bilər. Bununla bağlı "Liverpul"a təklif göndərməyə hazırlaşırıq. Suaresə 30 min avro və aylıq 1500 avro təklif edəcəyik. Təklifimizi qəbul edirsə, bu, Kosova futbolu üçün əla olar".
Qeyd edək ki, Suares DÇ-2014-də İtaliya ilə matçda rəqibin futbolçusu Corcio Kyellinin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılıb və millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.
Əlavə edək ki, FİFA Kosovanın müstəqilliyini tanımadığı üçün üzvlüyə qəbul etməyib.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"