"Kim istəsə, "Atletiko"dan ayrıla bilər..."

"Kim istəsə, "Atletiko"dan ayrıla bilər..."
DÜNYA FUTBOLU 30 İyun 2014 / 12:53 3212
-  A +

"Atletiko"nun prezidenti Enrike Sereso komandanın bəzi futbolçuları haqda çıxan transfer iddialarına münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, Madrid təmsilçisindən ayrılmaq istəyən oyunçuları komandada saxlamağı düşünmürlər:

"Bizdən məmnun olmayan futbolçularla işimiz yoxdur. Kim istəsə, "Atletiko"dan ayrıla bilər. Ancaq bunun üçün oyunçumuzu  transfer edəcək klub təzminat ödəməlidir".

Qeyd edək ki, "Atletiko"dan ayrılacağı iddia edilən futbolçular sırasında Arda Turan da var. Onunla "Mançester Yunayted" və "Barselona"nın maraqlandığı iddia edilir.


Son xəbərlər