"Mançester Yunayted"dən ilk rəsmi transfer

"Mançester Yunayted"dən ilk rəsmi transfer
DÜNYA FUTBOLU 26 İyun 2014 / 22:09 4396
-  A +

"Mançester Yunayted" son mövsüm "Atletik"də (Bilbao) oynayan Ander Herreranı transfer edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.

Qeyd edək ki, "MY" futbolçunun transfer üçün "Atletik"ə 36 milyon avro təklif etmişdi. Ancaq İspaniya təmsilçisi rəsmi saytı vasitəsi ilə bu təklifi müsbət cavablandırmadığını açıqlamışdı. Buna baxmayaraq, "Atletik" futbolçunu komandada saxlaya bilməyib. A.Herrera bu gün klub rəhbərliyi ilə görüşərək müqaviləsini ləğv edib.

Əlavə edək ki, bu, "MY"nın yeni mövsüm üçün gerçəkləşdirdiyi ilk transferdir.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə