"Arsenal" on bir futbolçusu ilə yolları ayırdı

"Arsenal" on bir futbolçusu ilə yolları ayırdı
DÜNYA FUTBOLU 26 İyun 2014 / 19:33 4534
-  A +

"Arsenal" on bir futbolçusu ilə yolları ayırıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi bu il iyunun 30-u müqaviləsi başa çatacaq bütün oyunçularla müqaviləni yeniləmədiyini açıqlayıb.

Yeni mövsümdən "Arsenal"da oynamayacaq futbolçular aşağıda adları qeyd olunanlardır:

Niklas Bentner, Pak Çu Yanq , Kim Kallstrom, Emiliano Viviano, Bakari Sanya, Lukaş Fabianski, Zak Ansah, Çuks Aneke, Daniel Boatenq, Zaç Faqan və Leander Siemann


Son xəbərlər