"Barselona" Çili millisinin qapıçısını transfer etdi

"Barselona" Çili millisinin qapıçısını transfer etdi
DÜNYA FUTBOLU 25 İyun 2014 / 15:18 5044
-  A +

"Barselona" heyətini daha bir qapıçı ilə gücləndirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi son mövsüm "Real Sosyedad"da oynayan Klaudio Bravonu transfer edib. 31 yaşlı qolkiperlə dörd illik müqavilə imzalanıb.

Qeyd edək ki, K.Bravo Çili millisinin şərəfini qoruyur. K.Bravonun komandası DÇ-2014-də 1/8 finala yüksəlib.

Xatırladaq ki, "Barsa" bundan əvvəl qapıçı Andre ter Stegeni heyətinə cəlb etmişdi.


Son xəbərlər