“Robben dünya çempionatının ən yaxşı oyunçusudur”

“Robben dünya çempionatının ən yaxşı oyunçusudur”
DÜNYA FUTBOLU 22 İyun 2014 / 19:26 2921
-  A +

İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand hələ on il əvvəl “Mançester Yunayted”in Hollandiya millisinin yarımüdafiəçisi Aryen Robbenlə müqavilə bağlamamasına təəssüflənib.

Qol.Az-ın xəbərinə görə, bu haqda o, Britaniya mətbuatına müsahibəsində deyib. Onun fikrincə, “MY”nin 2004-cü ildə, daha cavan vaxtında Robbeni heyətinə cəlb etmək imkanı olub: “2002/13 mövsümündə o, PSV-də əla bir mövsüm keçirmişdi. Sonra “MY” onun klubuna altı milyon funt-sterlinqliq təklif göndərdi. Amma təklif qəbul olunmadı. “Çelsi” isə 12 milyon verib onu heyətinə qatdı”.

Ferdinand həmçinin bildirib ki, Robben hazırda Braziliyada davam edən dünya çempionatının ən yaxşı oyunçusudur.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq