“Bu oyunda əsas heyətin bir neçə üzvünü - Flavinyo, Karlos Kardoso, Elvin Yunuszadə, Julius Vobay, Bruno Bertuççini meydana buraxmadım. Çünki onlar hazırlığa dünəndən başlamışdılar və fərdi şəkildə məşq edirdilər. Əvəzində, bir sıra gəncləri yoxladım. İki fərqli hissə izlədik. İlk yarıda komandamdan razı qaldım. Penalti zərbəsindən sonra qol buraxsaq da, 2 qol vurub oyunu xeyrimizə çevirə bildik. İkinci hissədə heyətin yarıdan çoxunu dəyişdik. Əvəzedici komandadan toplanışa dəvət etdiyimiz futbolçuları meydana buraxdıq. Onların təcrübəsizliyi də öz sözünü dedi. Bununla belə, məğlub olmaya bilərdik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi "Çixura"ya məğlub olduqları yoxlama matçından (2:3) sonra klubun saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis məğlubiyyətdə hakimin rolunun az olmadığını bildirib:
"Rəqibin ikinci qolu qeydə alınanda nəinki biz, hətta gürcülər də təəccübləndilər. Məqsəd İsayev topu qapı xəttindən yarım metr irəlidə başla uzaqlaşdırsa da, yan hakim qol qeydə aldı. Bundan başqa, hakim Elşən Abdullayevə qarşı açıq-aşkar kobudluğa göz yumdu və penalti təyin etmədi. Nəticədə məğlub olduq. Amma unutmayaq ki, bu bir yoxlama oyunudur. Üstəlik, komanda cəmi 4-5 gündür hazırlığa başlayıb. Toplanışın bu mərhələsində belə oyunlar ağır olur. Yoxlama görüşlərində buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq və bu səhvlər üzərində işləyəcəyik”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”