Gelaşvili "Qarabağ"dan getdi

Gelaşvili "Qarabağ"dan getdi
ÖLKƏ FUTBOLU 17 İyun 2014 / 17:54 3599
-  A +

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qarabağ" klubu daha bir futbolçusu ilə yolları rəsmən ayırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Ağdam təmsilçisi hücumçu Nikolas Gelaşvili ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib

Ötən il Almaniyanın "Bohum" klubundan transfer edilən və "Qarabağ"la bir illik müqaviləsi olan 29 yaşlı forvard azad agent statusu alıb.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində daha iki hücumçu - Java Dvali və Uilrix Kapolonqonu komandadan göndərib.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi