"Erik Ramosun "Neftçi"də qalmaq ehtimalı çox azdır"

"Erik Ramosun "Neftçi"də qalmaq ehtimalı çox azdır"
ÖLKƏ FUTBOLU 17 İyun 2014 / 17:38 2770
-  A +

Yay fasiləsində bir neçə futbolçusu ilə yolları ayıran "Neftçi" daha iki aparıcı oyunçusu ilə vidalaşa bilər.

Bu barədə Qol.Az saytına klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.

Onun sözlərinə görə,  paraqvaylı dayaq yarımmüdafiəçisi Erik Ramos böyük ehtimalla yeni mövsümdən karyerasını vətənində davam etdirəcək. Braziliayalı müdafiəçi Bruno Bertuççi isə ölkəsinin A Seriyasında oynaya bilər. Klub rəsmisi hər iki futbolçunun xidmətində maraqlı olduqlarını da qeyd edib:

"Ramos müqavilə ilə Paraqvay klubuna məxsusdur. Onun "Neftçi"də qalmaq ehtimalı çox azdır. Söhbət maliyyə məslələrinin tənzimlənməsindən gedir. Biz öz şərtlərimizi futbolçuya bildirmişik "Neftçi"də qalması üçün o, özü fədəkarlıq etməlidir. Ramos bizim maliyyə şərtləimizi qəbul etməyəcəyi halda yeni mövsümdən "Neftçi"də olmayacaq.

Bertuççinin məsələsinə gəldikdə isə ona Braziliya A Seriyasından təklif gəlib. Həmin komanda istədi ki, Bertuççi 4-5 gün Braziliyada qalsın və onunla danışıqlar aparsınlar. Ancaq biz Avroliqa oyunlarına hazırlaşdığımız üçün komandanı riskə ata bilməzdik. Ona görə də hazırda futbolçumuz düşərgəmizdədir. İyun ayının 20-nə qədər məsələ həllini tapacaq. Razılaşma əldə olunsa, Bertuççi Braziliya klubuna keçəcək".

T.Süleymanov bəzi aparıcı futbolçuların "Nefçi"ni  tərk etməsinə baxmayaraq bundan sonra bir, yaxud da iki transferin olunacağını bildirib: "Stamenkoviç, Flavinyo, Kardozo, Vobay kimi futbolçularımız var. Onlar "Neftçi"nin onurğa sütunudur. İstedadlı yerli futbolçularmız onlarla yaxşı vəhdət təşkil edir. Müasir futbol da bunun üzərində qurulub. Azarkeşlərimizə bildirmək istəyirəm ki, narahat olmasınlar"Neftçi" heç vaxt öz iddiasından əl çəkməz. Yenə də ölkənin ən iddialı klublarından biri olacağıq. Çoxsaylı legioner transfer etmək fikrimiz yoxdur. Gələn mövsümdən Premyer Liqamızda meydanda daima beş yerli futbolçu olmalıdır. Mümkündür ki, bir və ya iki legioner transfer olunsun".

Daha çox


Son xəbərlər