“Qarabağ”ın növbəti rəqibi bəlli oldu

“Qarabağ”ın növbəti rəqibi bəlli oldu
ÖLKƏ FUTBOLU 16 İyun 2014 / 16:57 3563
-  A +

2014/2015 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" klubu iyun ayının 22-də təlim-məşq toplanışı üçün Avstriyaya gedəcək.

Qol.Az-ın məlumatına görə,  Qurban Qurbanovun komandasının Avstriya toplanışında yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib. Ağdam təmsilçisi Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq. Plzen şəhərinin təmsilçisi son mövsümü ikinci pillədə başa vurub.

Qeyd edək ki, “Qarabağ”  iyun ayının 23-də Ukrayna çempionu "Şaxtyor" (Donetsk), 5 gün sonra isə Rusiyanı Avropa Liqasında təmsil edəcək "Krasnodar" klubu ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər