Muntyanunun "Qəbələ"dəki köməkçiləri bəlli oldu

Muntyanunun "Qəbələ"dəki köməkçiləri bəlli oldu
ÖLKƏ FUTBOLU 15 İyun 2014 / 13:25 2976
-  A +

"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu köməkçilərinin adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, rumıniyalı mütəxəssis klubun rəsmi saytına müsahibəsində köməkçilərinin qısa müddətdə kollektivə qoşulacağını deyib:

“Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam".

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda