İngiltərə millisinin baş məşqçisi Roy Hocson DÇ-2014-də İtaliya ilə oyunu (1:2) şərh edib. Qol.Az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, keçirdiyi mətbuat konfransında o bildirib ki, məğlubiyyəti qəbul etmək çox çətindir.
“Heç şübhəsiz, bu, mənim başçılığım altında İngiltərə millisinin ən yaxşı oyunu idi. Biz mundialda uğurlu başlanğıca ümid edirdik. Amma dünya ideal deyil. İkinci hissədə əlimizdən gələn her şeyi etsək də, hesabı dəyişə bilmədik. Biz müdafiədə oturan komandalardan deyilik. Təəssüf ki, İtaliyaya qol vurmaq üçün 1-2 imkan verdik, onlar da bundan yararlandı. Amma bu oyunumuz bizə böyük inam verdi”.
Hocson bəzi futbolçularının çıxışına da toxunub: “Hesab edirəm ki, Sterlinq bütün oyun boyu təhlükəli idi. Ulbekin qol vurmaq üçün bir neçə imkanı oldu. Cerrard və Henderson isə onlardan tələb edilən hər şeyi etdilər. Runi çox yaxşı oynadı. Biz bilirik ki, onun müxəlif mövlərdə çıxış etmək imkanı var. Ueyn bugünkü oyunundan razı qala bilər”.
O əlavə edib ki, indi hər şey öz əllərindədir: "Növbəti mərhələyə yüksəlmək üçün Kosta Rika və Uruqvaya qalib gəlməliyik".
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama
"Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır"
Ronaldo fasilədə niyə oyundan çıxarıldı?
Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
“Bavariya”dan “Benfika”ya keçdi
Vaqif Cavadov "Tvente"ni ziyarət etdi
Mattia Perin “Yuventus”dan getdi
“Mançester Siti” Ayub Buaddini transfer etdi
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi