"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu
ÖLKƏ FUTBOLU 15 İyun 2014 / 03:00 4653
-  A +

"Qəbələ" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rumıniyalı mütəxəssis Dorinel Muntyanu ilə bir illik müqavilə imzalanıb.

Yeni baş məşqçinin imza mərasimi "Qəbələ"nin Sloveniyadakı təlim-məşq düşərgəsində baş tutub.

Zəngin futbolçu karyerasına malik Dorinel Muntyanu bir sıra Rumıniya klubları ilə yanaşı, ölkə xaricində də top qovub. O, Belçikanın "Serkl Brügge", eləcə də Almaniyanın "Köln" və "Volfsburq" komandalarının şərəfini qoruyub.

134 dəfə millli komandanın formasını geyinən Muntyanu aktivinə 16 qol yazmağı bacarıb. 2005-ci ildən məşqçiliyə başlayan mütəxəssis 2012-ci ilədək Rumıniyanın ÇFR (2005-2006), "Arceş" (2006-2007), "Vasluy" (2007-2008), "Universitatya" (2008), "Styaua" (2008), "Universitatya" (2009), "Otselul" (2009 - 2012), "Dinamo" Buxarest (2012) klublarının sükanı arxasında olub. Ardından o, Rusiyanın "Mordoviya" (2012-2013) və "Kuban" (2013) komandalarının baş məşqçisi kimi çalışıb.
Muntyanu 2010/2011-ci il mövsümündə "Otselul"la Rumıniya çempionu və Superkubokun qalibi olub.

Daha çox


Son xəbərlər