Bakari Sanya rəsmən "Mançester Siti"də

Bakari Sanya rəsmən "Mançester Siti"də
DÜNYA FUTBOLU 13 İyun 2014 / 20:51 2944
-  A +

"Arsenal"la müqaviləsi başa çatan Bakari Sanyanın yeni klubu müəyyənləşib.

Qol.Az-ın xəbərinə görə, fransalı oyunçu "Mançester Siti"yə transfer olunub. Klubun rəsmi saytında yer alan xəbərdə B.Sanya ilə üç il müddətinə müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, 2007-ci ildən "Arsenal"da oynayan B.Sanya iştirak etdiyi 284 matçda 5 qol vurub, 22 qolun isə ötürməsini edib.


Son xəbərlər