"Qəbələ" klubunun yeni transferi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Çətin mövsümdən sonra dincəlmək üçün vaxtın oldu. Bir çox futbolçularımız ölkə xaricinə üz tutdu. Sən necə istirahət etdin?
- Ailəsinin yanında olan futbolçular istirahət çün xaricə gedirlər. Mən isə valideynlərimin üzünü bayramdan-bayrama görürəm. Ona görə də istirahətimi elə öz yaxınlarmla birlikdə Mingəçevir şəhərində keçirdim. Futbol oynadığım dövrdə heç vaxt dincəlmək üçün xarici ölkəyə getməmişəm.
- "Qəbələ"də artıq ilk məşqinə çıxdın. Yeni komandan haqda təəssüratların necədir?
- "Qəbələ"nin necə səviyyəli komanda olduğunu hamı bilir. Bu haqda heç danışmağa dəyməz. Hər şey yüksək səviyyədədir. Deyərdim ki, heç bir komandada belə şərait yoxdur. Dünəndən məşqlərə başlamışıq. Hələ ki, yerli futbolçularla məşq edirik. Hələ ki, komandanı köməkçi məşqçi Sənan Qurbanov hazırlaşdırır. Biz də böyük həvəslə məşqdə iştirak edirik.
- "Qəbələ" ilə yanaşı "Xəzər Lənkəran"dan da təklif almışdın. Niyə məhz "Qəbələ"ni seçdin?
- "Qəbələ" hələ keçən ildən məni transfer etmək istəyirdi. Ancaq mən razılaşmadım. İstədim ki, daha bir il Kaxaber Sxadadzenin yanında oynayım. Çünki onu çoxdan tanıyıram, yaxşı münasibətimiz var. Bu il də "Qəbələ" mənə təklif göndərdi və razılaşdıq. Bura gəlişimin bir səbəbi də Qəbələnin evimizə yaxın olmasıdır. İnsana qalan onun ailəsidir. Ailənin qədrini bilmək lazımdır. Buna görə də "Xəzər Lənkəran"ın yox, "Qəbələ"nin təklifini qəbul etdim
- Komandanızın Avroliqada uğurlu çıxışına inanırsan?
- Çempionat başa çatan kimi Yuri Syominin "Qəbələ"dən getməsi komandaya biraz təsir edə bilər. Çünki qısa bir müddətdə yaxşı baş məşqçi ilə anlaşmaq çətin məsələdir. "Qəbələ" yaranandan çalışıb ki, Avroliqaya vəsiqə qazansın, ancaq 10 ildən sonra buna nail olub. Püşkatmanı gözləyirik ki, görək rəqibimiz hansı komanda olacaq. Rəqibimizin zəif və ya güclü olmağından asılı olmayaraq bizim üçün çətin olacaq. Çünki Avropada komandalar yerində saymırlar, hamısı günü-gündən inkişaf edir. Yaxşı fiziki hazırlıq keşməliyik. Oyunlara hazırlaşmaq üçün az vaxtımız var.
- "Qəbələ"nin gec toplanması qarşıdakı Avroliqa oyunlarəna təsir edə bilər?
- Qeyd etdiyim kimi, bizə çətin olacaq. Ancaq Avroliqanın ilk oyununa hazırlaşmaq üçün təxminən 20 gün vaxtımız olacaq. Məncə, yeni baş məşqçimiz bu müddət ərzində komandanı tam hazırlaya bilər.
- Yeni baş məşqçiniz İvaylo Petev haqda nə bilirsən?
- Açığı, onu tanımırdım. Çünki Petev əvvəl "Ludoqorets"i çalışdırıb. Biz Bolqarıstan çempionatı ilə maraqlanmırıq. Ancaq karyerasına baxanda görürsən ki, gənc olsa da, işinə peşəkar yanaşan bir mütəxəssisdir. Rəhbərlik də çalışır ki, komandanı güclü məşqçiyə tapşırsın.
Ramiq AĞAMƏMMƏDOV
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi