Asif Məmmədov: "Hər şey özümüzdən asılıdır"

Asif Məmmədov: "Hər şey özümüzdən asılıdır"
ÖLKƏ FUTBOLU 9 İyun 2014 / 12:02 1861
-  A +

"İnter"in aparıcı futbolçularından biri Asif Məmmədov klubun rəsmi saytına müsahibəsində istirahəti, toplanışın gedişi haqda söhbət açıb və komandanın Avropa Liqasındakı şanslarını dəyərləndirib.


- Asif, İnter Premyer Liqamızda son mövsümü 2-ci pillədə başa vurdu. Bu nəticəni necə dəyərləndirirsən?
 
- Mövsümə yaxşı başlamadıq, ancaq yekunu yaxşı dəyərləndirmək olar. Startda bir neçə uğursuz oyunlarımız oldu. Heç kim inanmırdı ki, birinciliyə bu gədər yaxın olacağıq. Bizə göstərilən dəstəyə görə, "İnter" klubunun rəhbərliyinə və azarkeşlərə minnətdarlığımı bildirirəm. Birliyimiz sayəsində 2-ci yeri tutduq.
 
- Bəs mövsüm ərzində çıxışınızdan razı qaldınız?
 
- Bu mövsüm keçən illə müqayisədə o qədər də çıxış etmədim. Amma ümümilikdə pis deyildi.
 
- İki həftəlik istirahətdən sonra komanda yenidən bir araya gəldi və ilk toplanış əsasən fiziki hazırlıqdan ibarətdir. Hazırlıq necə gedir?
 
- Hazırlıq plana uyğun gedir, gündə üç dəfə məşq edirik. Bu toplanışda da əsas fiziki hazırlığa güc verilir. Hər şey öz yolundadır.
 
- İrəlidə komandanı Avropa Liqasının oyunları gözləyir. Necə düşünürsən, “İnter” bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcək?
 
- Bizim əsas məqsədlərimizdən biri Avropa Liqasının oyunlarına vəsiqə qazanmaqdan ibarətdir. Biz də bunun öhdəsindən gəldik. Bundan sonrakı məqsədimiz öz üzərimizdə işləməklə avrokubok turnirində heç olmasa 3 mərhələ keçməkdir. Düşünürəm ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək. Hər şey özümüzdən asılıdır.
 
- Artıq “İnter”in ilk mərhələdəki bütün potensial rəqibləri bilinir. Maraqlıdır, komandaya hansı ölkədən olan rəqibin düşməsini istərdin?
 
- Rəqibin kimliyindən asıllı olmayaraq biz hazır olmalıyıq. Avropa Liqasında asan rəqib yoxdur. Düzdür, komandamızda yeni oyunçular az deyil, amma birliyimiz və əhval-ruhiyyəmizin bizi qələbəyə doğru aparacağına inanıram.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır