Messi: “Özümüzə arxayınıq”

Messi: “Özümüzə arxayınıq”
DÜNYA FUTBOLU 8 İyun 2014 / 12:55 3106
-  A +

Argentina millisinin hücumçusu Lionel Messi komandasının DÇ-2014-dəki gözlədiyi nəticələr haqda fikirlərini bildirib.

Qol.Az-ın xəbərinə görə, “A Bola”ya müsahibəsində o deyib ki, onlar dünya çempionu adını qazanmaq üçün sonadək mübarizə aparacaqlar:

“Bizim oyunumuz düzəlib, özümüzə inamımız artıb. Biz vahid komandayıq və hədəfimizə çatmaq naminə yarışacağıq. Argentina millisi yaxşı bir dönəmində çempionatda oynayacaq”. Messinin sözlərinə görə, dünya kubokunu qazanmaları üçün futbolularının yaxşı təcrübələri var: “Bizim oyunçuların çoxu uzun illərdir Avropada çıxış edir, çoxusu bu mövsüm böyük uğur əldə edib. Bir sözlə, biz özümüzə arxayınıq”.

Xatırladaq ki, qrup mərhələsində Argentina millisi Bosniya və Hersoqovina (16 iyun), İran (21 iyun) və Nigeriya (25 iyun) ilə qarşılaşacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır