AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun Qol.Az saytına müsahibəsi
- İlk öncə AZAL-ın yay hazırlıq planları haqda məlumat almaq istərdik.
- Komandamız iyunun 16-da tibbi müayinədən keçəcək. Ayın 19-da Bakıda məşqlərə başlayacağıq. İyulunortalarında təlim-məşq toplanışı üçün Türkiyənin Bolu şəhərinə gedəcəyik. Orada dörd yoxlama oyunu keçirəcəyimiz nəzərdə tutulub.
- Rəqibləriniz məlumdur?
- Hazırda bu sahədə işlər gedir. Çalışırıq ki, güclü komandalarla qarşılaşaq. Heç olmasa iki səviyyəli rəqiblələ yoxlama oyunu keçirməliyik.
- Komandadan xeyli sayda futbolçu göndərildi. Transfer işləriniz nə yerdədir?
- Hansı futbolçuların baxışa gələcəyi və kimlərlə müqavilə bağladığımız haqda yaxın günlərdə klubun rəsmi saytında məlumat veriləcək. Axtarışlarımız gedir. Hazırda 6-7 futbolçuya dəvət göndərmişik. Məsələ tam həllini tapandan sonra bu barədə açıqlama verəcəyik.
- "Neftçi"nin futbolçusu Emin Mehdiyevi komandanızda görmək istədiyiniz deyilirdi.
- Belə fikrimiz var. Ancaq futbolçunun klubu ilə müqaviləsi olduğundan hələ ki, bu məsələ açıq qalıb. "Neftçi" də heyəti cavanlaşdırır. Ona görə də Eminin transferi çətin görünür. Ancaq iki yerli futbolçu var ki, onlarla danışıq aparırıq və 1-2 günə qədər məsələ müsbət həllini tapacaq.
- Bildiyiniz kimi, Mahir Şükürov "Neftçi"dən ayrılıb. Onu komandanızda görmək istərdiniz?
- Xeyr, Mahir əvvəllər də AZAL-da olub, mənimlə birlikdə oynayıb. Ancaq komandaya cavan futbolçuları gətirmək istəyirik ki, 1-2 ildən sonra hansısa bir nəticəyə çataq. Mahir təcrübəli futbolçudur. Ancaq mən cavanlara şans vermək fikrindəyəm.
- Yəqin ki, əsas fikriniz hücumda olan boşluqları aradan qaldırmaqdır.
- Əlbəttə, bizim əsas problemimiz hücumdadır. Mövsümün sonuna yaxın tədricən komandanı qura bildik. Yarımmüdafiə və müdafiə xəttindəki problemləri aradan qaldıra bilmişdik. Komanda müdafiə oluna, hücum qura bilirdi. Amma qol vura bilmirdik. Ona görə də hücumameyilli və hücumda oynayan futbolçulara dəvət göndərmişik.
- Yeni mövsümdə yüksək yerlərə iddialı AZAL görə bilərik?
- AZAL son iki ildə mövsümü müvafiq olaraq 7-ci və 8-ci yerdə başa vurub. Biz bu tempi davam etdirmək istəmirik. Bilirsiniz ki, AZAL-ın öz keçmişi olub. Komanda yaranan ildə biz çempionatı 5-ci yerdə tamamladıq. İkinci il artıq çempionluğa oynayırdıq. İndi elə bir komanda qurmaq istəyirik ki, AZAL-ın keçmişini qaytaraq. Deyə bilmərəm ki, çempion olacağıq. Çünki komandanın formalaşması üçün ən azı bir il vaxt lazımdır. Amma ilk dörd yerdən biri üçün oynayacağıq. Yəni təkcə sona qədər mübarizə aparan yox, yüksək yerlər uğrunda oynayan komanda olacağıq. Hər halda AZAL-ın keçmişini qaytaracağıq.
Ramiq AĞAMƏMMƏDOV
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi