Qətər "DÇ-2022"yə ev sahibliyi hüququndan məhrum edilə bilər

Qətər "DÇ-2022"yə ev sahibliyi hüququndan məhrum edilə bilər
DÜNYA FUTBOLU 3 İyun 2014 / 03:20 3388
-  A +

Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum oluna bilər.

Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri İngiltərənin "The Guardian" qəzeti yayıb.

Qətərin rüşvət müqabilində "DÇ-2022"yə ev sahibliyi etmək hüququna yiyələndiyi iddia olunur. Bu səbəbdən FİFA rəsmiləri iddianın təsdiqini tapacağı təqdirdə mundiala ev sahibliyi ilə bağlı təkrar səsvermənin keçirilməsinin mümkün olduğunu bildiriblər.

Xatırladaq ki, "The Sunday Times" qəzetinin apardığı araşdırma zamanı Asiya Futbol Konfederasiyasının (AFC) sabiq prezidenti Muhammed Bin Hammamın Qətərin "DÇ-2022"yə ev sahibliyi etməsi üçün əvvəlcədən 5 milyon dollar rüşvət alması aşkara çıxıb. Bu səbəbdən FİFA Bin Hammamı futboldan ömürlük uzaqlaşdırmaqla cəzalandırıb.


Son xəbərlər
15.03.26  15:21

Mahir Emreli ehtiyatda

14.03.26  21:41

Qavi geri dönür

topaz banner