Milli komandamızın üzvü Ruslan Abışov Rusiyanın "Rubin" klubundan ayrıla bilər. Belə ki, uzun müddətdir Kazan təmsilçisində heyətə düşə bilməyən futbolçumuzla bir neçə Rusiya klubu maraqlanır.
Bu barədə Qol.Az saytına R.Abışovun meneceri və qardaşı Sərxan Abışov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə Ruslanın "Rubin"dən ayrılmaq ehtimalı var:
"Rusiya Premyer Liqasında çıxış edən bəzi klublar Ruslanla maraqlanır. Hazırda onlardan zəng gözləyirik. İyunun 18-də "Rubin"in təlim-məşq toplanışı başlayacaq. O vaxta qədər Ruslan hansısa klubla razılığa gəlməsə, "Rubin"in toplanışına qoşulacaq və komandasında qalacaq. Onun üçün komandasını dəyişmək problem deyil. İstənilən an başqa kluba keçə bilər. Ancaq bizim şərtimiz odur ki, Ruslan yeni klubunda mövsüm ərzində 75 faiz oyunlarda iştirak etsin. Bununla razılaşan komanda olsa, Ruslan "Rubin"dən ayrılacaq".
S.Abışov Ruslanın "Qəbələ" klubu ilə razılığa gəlməsi ilə bağlı yayılan xəbərləri təkzib edib: "Bunlar doğru xəbər deyil. Ruslanın fikri icarə əsasında olsa belə ölkə xaricində oynamaqdır".
Qeyd edək ki, Ruslan Abışov ötən il "Xəzər Lənkəran"dan "Rubin"ə transfer olunub. Onun Kazan təmsilçisi ilə daha bir il müqaviləsi var.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj