Kamal Quliyev baş məşqçi olur

Kamal Quliyev baş məşqçi olur
ÖLKƏ FUTBOLU 30 May 2014 / 13:16 4998
-  A +

"Neftçi" klubunun əvəzedici heyətinin məşqçisi Kamal Quliyev bu gün baş məşqçi ola bilər. Belə ki, Azərbaycan birinci divizionunun iddialı klublarından olan "Neftçala" boş qalmış baş məşqçi postuna  Kamal Quliyevi gətirir.

Qol.Az saytına açıqlamasında veteran futbolçu xəbəri təsdiqləyib. Qeyd edib ki, "Neftçala" ilə razılıq əldə olunsa da, hələlik münasibətlər rəsmiləşdirilməyib:

"Neftçala" mənə təklif göndərib. Bu təklifə müsbət yanaşıram. Ancaq ilk növbədə "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovla görüşməliyəm. Məşqçi kimi yetişməyimdə onun böyük rolu olub. Sadıq müəllimlə halallaşdıqdan sonra bu işlərə aydınlıq gətirəcəm".

Qeyd edək ki, "Neftçala" son mövsümü ikinci pillədə başa vurub.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda