Messi: "Maradonaya həsəd aparıram"

Messi: "Maradonaya həsəd aparıram"
DÜNYA FUTBOLU 30 May 2014 / 02:46 3739
-  A +

“Barselona”nın  futbolçusu Lionel Messi  Maradona, Pele və Bekenbauer kimi dünya futbolunun canlı əfsanələrinə milli komandalarda qazandıqları uğurlara görə həsəd apardığını deyib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına açıqlama verən oyunçu qeyd olununan futbolçuların uğuruna qsıqandığını deyib: “Ancaq bu, yaxşı mənada qısqanclıqdır. Məqsədim bu əfsanəvi futbolçuları qabaqlamaq deyil, milli komandamla dünya çempionu olmaqdır. 2010-cu ildən indiyə qədər oyunumda müəyyən enişlər oldu”.

"Dünyanın ən yaxşı futbolçusu kimdir?" salını  Messi belə cavablandırıb: “Uşqalıqdan indiyə qədər futbol oynamaqdan böyük zövq alıram. Hələ də meydançaya bu niyyətlə çıxıram. Əgər bir gün futboldan həzz almasam,  həmin gün futbolu buraxaram. Məncə, bir çox güclü futbolçular var. Onların arasından Neymar, İnyesta, Xavi, Ronaldo, Riberi, Roben və digərlətinin adını çəkə bilərəm. Kimin ən yaxşı olduğunu azarekşlər bilər”.

Qeyd edək ki, Messi bu mövsüm "Barselona" ilə kubok qazana bilməyib.

Son xəbərlər