"Neftçi"nin hazırlıq planı bəlli oldu

"Neftçi"nin hazırlıq planı bəlli oldu
ÖLKƏ FUTBOLU 29 May 2014 / 14:44 3311
-  A +

Ölkəmizi Avroliqada təmsil edəcək "Neftçi" klubunun yay hazırlıq planı bəlli olub.

Qol.Az saytına açıqlamasında bu haqda klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, bildirib ki, təlim-məşq toplanışı Avropanın iki ölkəsində keçiriləcək:

"İyunun 6-da komandamız Bakıda bir araya gələcək. Ayın 12-də isə Türkiyənin Bolu şəhərinə yollanacaq. Hazırlığın ilkin mərhələsi 16 gün nəzərdə tutulub. İyunun 28-də vətənə qayıdacaq komandamız bir neçə gün istirahət edəcək və iyulun 1-də Avstriyaya yollanacaq.

Hazırlığın ilk mərhələsində iki yoldaşlıq oyunumuz baş tutacaq. İkinci mərhələdə isə daha çox oyunlar olacaq. Avstriya toplanışında əsas məqsəd yoxlama görüşlərinin keçirilməsidir. Rəqiblərimiz hələlik dəqiqləşdirilməyib".

Qeyd edək ki, ölkə kubokunun son qalibi  Avroliqanın ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Daha çox


Son xəbərlər