"Arsenal"ın qapıçısı "Suonsi"də (FOTO)

"Arsenal"ın qapıçısı "Suonsi"də (FOTO)
DÜNYA FUTBOLU 29 May 2014 / 13:19 2874
-  A +

"Arsenal"ın qapıçısı Lukaş Fabianski yeni mövsümdən "Suonsi"də çıxış edəcək.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı qolkiper "Suonsi" ilə dörd illik müqaviləsi imzalayıb. L.Fabianskinin London təmsilçisiylə sözləşməsi bu ilin iyununda başa çatacağı üçün klub bu transferə təzminat ödəməyib.

Qeyd edək ki, L.Fabianski 2007-ci ildə "Legiya"dan "Arsenal"a transfer olunmuşdu.


Son xəbərlər