“Mən üzərində Azərbaycan sözünün yazıldığı formanı daşımaqdan qürur duyuram. Biz bir millət, iki dövlətik. Azərbaycan prezidenti İlham Əliyevə “Atletiko”nun dəstəklədiyi üçün təşəkkür edirəm. Bilirəm ki, o da bizim uğurlarımıza sevinib”.
Qol.Az-ın xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan Madridin “Atletiko” klubunun futbolçusu Arda Turan jurnalistlərə müsahibəsində söyləyib.
Türkiyə millisinin oyunçusu Azərbaycan futbolunu internetlə izlədiyini də deyb. O, ölkəmizdə böyük idman yarışlarının keçirilməsindən xəbərdar olduğunu, Bakının isə gündən-günə daha da gözəlləşdiyini vurğulayıb: “Biz bir il əvvəl bura gəlmişdik. Buna baxmayaraq, xeyli müsbət dəyişiklik var”.
Türkiyəli mütəxəssislər Mustafa Dənizli və Güvənc Kurtarın Azərbaycan Premyer Liqasında uğur qazana bilməməsinə də toxunan A.Turan deyib: “Futbol sadə oyun deyil. Hər iki məşqçi Türkiyədə sayılıb-seçilən mütəxəssisdir. Mustafa Dənizli Türkiyə çempionatında və millisində yetərincə uğur qazanmış məşqçidir. Görünür, burada onun işi alınmadı. Onun faəliyyətini yalnız “Xəzər Lənkəran”la əlaqələndirmək doğru olmaz”.
Arda Turan Xocalı soyqırımı ilə bağlı çağırışına görə erməni diasporu tərəfindən ona təzyiq göstərilməsi ilə bağlı sualı isə belə cavablandırıb: “Mən həmişə Azərbaycanın yanındayam. Sizin uğurunuz və kədəriniz həm də Türkiyənindir. Başqa cür ola da bilməz”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı