8-ci km stadionunun ot örtüyü dəyişdirilir (FOTOLAR)

8-ci km stadionunun ot örtüyü dəyişdirilir  (FOTOLAR)
XƏBƏR 5 May 2014 / 18:11 2223
-  A +

"Neftçi"nin ev oyunlarını keçirdiyi 8-ci km qəsəbəsində yerləşən stadionun ot örtüyünün dəyişdirilməsinə başlanılıb. 

Qol.Az-ın məlumatına görə, bunun səbəbi və görülən işlər barədə prosesə rəhbərlik edən FSM şirkətinin baş aqronomu Matt Frost AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

"Yüksək səviyyəli stadionlarda ot örtüyü ildə bir dəfə yenilənməlidir. 8-ci km qəsəbə stadionunun ot örtüyü artıq iki ildir istifadə olunurdu. Ötən il yenilənmə işləri aparmaq istəyirdik, lakin oyunların çoxluğu buna imkan vermədi. Praktikaya əsaslansaq, gələn il ot örtüyü bir daha yenilənməlidir. Bu proses bir neçə mərhələdən ibarətdir.

İlk mərhələdə köhnə ot örtüyü çıxarılır, sonra xüsusui cihaz vasitəsilə otla torpaq qarışdırılır. Növbəti mərhələdə otun səviyyəsi ölçülərək toxum səpilir. Sonra isə gübrələnmə işləri həyata keçirilir.Təbii ot örtüyünün hansı müddətə lazımi səviyyəyə çatacağını əvvəlcədən demək bir qədər çətindir. Çünki burada iqlim şərtləri rol oynayır. Əlverişli hava şəraiti davamlı olarsa, yeni ot örtüyünün 6-7 həftədən sonra hazır olacağını proqnozlaşdırmaq olar".


























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər