Mourinyo məğlubiyyəti şərh etdi

Mourinyo məğlubiyyəti şərh etdi
DÜNYA FUTBOLU 1 May 2014 / 03:00 6632
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mouinyo ÇL-ın yarımfinalında "Atletiko" (Madrid) ilə qarşılaşdıqları oyundan sonra açıqlama verib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı çalışdırıcı mətbuat konfransında məğlub olaraq (1:3) ÇL-da mübarizəni dayandırmalarını şərh edib:

"Oyun müəyyən ana qədər bərabər səviyyəli getdi. İlk hissədə bizim təzyiqlərimiz daha çox olsa da, fasilyə 1:1 hesabı ilə yollandıq. İkinci hissədə bir an bütün oyunun taleyini həll etdi. Bu an isə Terrinin baş zərbəsini rəqib qapıçının dəf etməsi idi. Rəqibin penaltisi isə nəticəni bəlli etdi".

Mourinyo "Atletiko"nu təbrik edib və rəqib haqda xoş sözlər söyləyib: "Çox yaxşı bir komandadır. İspaniyada da uğurlu nəticələr qazanırlar. Bu gün qazanan onlardır. Rəqibi təbrik edirəm".

Məğlubiyyətdə futbolçularını təqsirli bilməyən təcrübəli mütəxəssis heyətdə olan zədəlilərin onlara problem yaratdığını vurğulayıb: "Oyunçularımı günahlandıra bilmərəm. İlk gündən indiyədək oyuna canlarını qoyurlar. Onlarla qürur duyuram".

Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır