“Real”ın hücumçuları Kriştiano Ronaldo və Qaret Beyl komandasının bugünkü ümumi hazırlıq prosesində iştirak ediblər.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Beylin sabah Çempionlar Liqasının 1/2 final mərhələsinin Madriddə baş tutacaq ilk oyununda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, uelsli hücumçu soyuqladığı üçün komandasının dünənki məşqində iştirak etməyib. Amma bu gün o, tam qüvvəsi ilə hazırlıq keçib ki, bu da onun matça hazır olduğunu göstərir.
Kriştiano Ronaldoya gəlincə, zədəsi səbəbindən son bir neçə matçda meydana çıxa bilməyən portuqaliyalı ulduz dünən olduğu kimi, bu gün də ümumi məşqə qatılıb. İspan jurnalistlər onun da görüşə hazır olduğunu yazır.
“Real”ın baş məşqçisi Karlo Ançelotti isə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ronaldo oyundan əvvəl bir daha həkim müayinəsindən keçəcək: “Əgər zədəsi ilə bağlı hansısa risk olsa, Kriştiano oynamayacaq. Sabahkı görüş çox önəmlidir, bu səbəbdən Ronaldonun motivasiyası yüksəkdir”.
Ançelotti braziliyalı Marselonun zədəsi səbəbindən bu görüşdə iştirak etməyəcəyini də deyib. İtaliyalə mütəxəssisin sözlərinə görə, onun yerinə start heyətində portuqaliyalı Koentrao yer alacaq.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi