Bu gün “Mançester Yunayted” baş məşqçisi Devid Moyesi rəsmən istefaya göndərib. Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
“Mançester Yunayted" rəsmi şəkildə elan edir ki. Devid Moyes klubumuzu tərk edir. Klubumuz ona gördüyü işə, dəqiqlik və intizamına görə təşəkkürünü bildirir” – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, Aleks Fergüsson məşqçi karyerasını başa vurduqdan sonra “MY”də onu əvəzləyən Moyes altı illik müqavilə imzalamasına baxmayaraq, komandada cəmi 11 ay çalışıb. Hazırda “MY” 34 turdan sonra İngiltərə Premyer Liqasında 7-ci yeri tutur. Komanda Çempionlar Liqasının 1/4 finalında isə mübarizəni dayandırıb.
Dünən Britaniya qəzetlərində Moyesin yaxın zamanlarda istefaya göndəriləcəyi haqda qeyri-rəsmi xəbərlər yayılmışdı.
“MY”nin yeni baş məşqçisinin kim olacağı hələ bilinmir. İngiltərə mətbuatı yazıb ki, bu vəzifəyə namizədlər siyahısında Yurgen Klopp, Loran Blan, Dieqo Simeone və Rayan Giggsin adı var.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi