“Barselona”nın baş məşqçisi Xerardo Martinonun klubdakı gələcək taleyi müəyyənləşib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, cari mövsümün sonunda argentinalı mütəxəssis komandanı tərk edəcək.
Məlumatda deyilir ki, Martino özü könüllə şəkildə getmək qərarına gəlib, klub isə buna etiraz etməyib. Tərəflər arasında müqavilənin qarşılıqlı şəkildə ləğv etməklə bağlı razılıq “Barselona”nın La Liqanın ötən şənbə günü “Qranada”ya qarşı keçirilmiş 33-cü turunun oyunundan (0:1) sonra əldə olunub.
Martinonun özünü “Barselona”da rahat hiss etmədiyi, klubun isə onun işindən narazı olduğu bildirilib.
Yayılan digər məlumata görə, “Barselona”nın yeni baş məşqçisi vəzifəsinə əsas namizədlər Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp və Almaniya millisinin çalışdırıcısı Yoahim Lövdür. Hazırda Kataloniya təmsilçinin bununla əlaqədar alman mütəxəssislərlə danışıqlar apardığı iddia edilir.
Xatırladaq ki, Martinonun baş məşqçisi olduğu “Barselona” Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb. La Liqada isə komanda üçüncü pilləni tutur.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi