Mourinyodan jurnalistə jest (VİDEO)

VİDEO 11 Aprel 2014 / 14:19 2168
-  A +

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo jurnalistə qarşı jest edib. Qol.Az-ın xəbərinə görə, hadisə bu həftə keçirilən mətbuat konfransında baş verib.

Portuqaliyalı mütəxəssis uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş İngiltərə İTV-sinin müxbiri Reqs Marteli tədbirin keçirildiyi zalda görərkən onu salamlayıb.

O, yerindən duraraq ona yaxınlaşıb. Jurnalistlə salamlaşan Mourinyo onun son durumuyla maraqlanıb. Martelin "hər şey yaxşıdır" cavabına “Çelsi”nin baş məşqçisi "aramıza qayıtdığına şadam" deyə cavab verib.

Qeyd edək ki, bu, Martelin Mourinyonun "Çelsi"yə qayıtdıqdan sonra iştirak etdiyi ilk mətbuat konfransı olub. Mourinyonun son jesti İngiltərədə həftənin hadisəsi kimi dəyərləndirilib.



Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq